Fransanın Safran şirkəti ilə Baykar arasında razılaşma imzalanıb
Fransanın Safran Electronics & Defense şirkəti ilə Türkiyənin Baykar şirkəti arasında razılaşma imzalanıb. Saziş qabaqcıl Fransa texnologiyasının Türkiyənin pilotsuz uçuş aparatlarına, yəni PUA-larına inteqrasiyasını nəzərdə tutur.
12 may 2026-cı il İstanbulda iki şirkət strateji əməkdaşlıq protokolu imzalayıb. Sənəd, digər məsələlərlə yanaşı, Euroflir 410 qülləsinin Bayraktar TB2-lərə quraşdırılmasını nəzərdə tutur. Euroflir 410 gündüz və gecə müşahidə imkanlarını, hədəfləmə dəqiqliyini və lazer funksiyalarını gücləndirir. Bu isə Türkiyə dronlarını kəşfiyyat və hədəflərə zərbə missiyalarında daha effektiv edir.
Fransa müdafiə sənayesinin əsas dayaqlarından biri olan Safran bu əməkdaşlıqla Türkiyə PUA-larının texnoloji modernləşdirilməsinə imkan yaradır..
Baykar beynəlxalq PUA ixracatçısına çevrilib və müxtəlif regionlarda Türkiyənin təsirini gücləndirir. Safran ilə əməkdaşlıq isə şirkətə yüksək səviyyəli Avropa texnologiyasına çıxış imkanı verir. Eyni zamanda bu razılaşma Fransa şirkəti üçün qlobal bazarı genişləndirir.