İlham Əliyev Azərbaycan-Ukrayna səhiyyə sazişini təsdiqləyib

İlham Əliyev Azərbaycan-Ukrayna səhiyyə sazişini təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanın Səhiyyə Nazirliyi ilə Ukraynanın Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Sənəd 1 noyabr 2025-ci ildə Bakıda imzalanıb. Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının icrasına Azərbaycanın Səhiyyə Nazirliyi cavabdeh olacaq.

Azərbaycanın Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların başa çatdırılması barədə Ukrayna hökumətinə bildiriş göndərmək tapşırılıb.