İlham Əliyev Bakıda Viktor Yuşenko ilə görüşüb

İlham Əliyev Bakıda Viktor Yuşenko ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenkonun Bakıya səfəri çərçivəsində onunla görüşüb.

Görüşdə tərəflərin 20 ildən çox davam edən tanışlığı vurğulanıb. Onlar Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində birgə səylərini xatırlayıb və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” sertifikatını təqdim edib.