Spider-Man: Brand New Day 2 milyard dolları keçdi

Spider-Man: Brand New Day 2 milyard dolları keçdi

Yeni Hörümçək adam filmi Spider-Man: Brand New Day böyük uğur qazanaraq 2 milyard dollar gəliri keçib. Film bu göstəriciyə cəmi üç həftədə çatıb və Avengers: Endgame-dən sonra 2 milyard dollar həddini ən sürətlə keçən ikinci ekran işi olub. Spider-Man: Brand New Day filminin ümumi gəlirinin 2.5 milyard dollara çatacağı gözlənilir. Beləliklə, film bütün zamanların ən çox gəlir gətirən üç filmi sırasında yer ala bilər.

Tom Hollandın Peter Parker rolunu canlandırdığı filmdə Zendaya və Jacob Batalon da əvvəlki ekran işlərindəki rollarını davam etdirib. Rejissor kürsüsündə əvvəlki üç filmin rejissoru Jon Wattsın yerinə Destin Daniel Cretton (Shang-Chi) əyləşib. Filmdə Hörümçək-adamla yanaşı, Marvel kainatından digər qəhrəmanlar da yer alır. Mark Ruffalonun Hulk və Jon Bernthalın Punisher obrazları xüsusilə seçilir.