Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Hörmüz boğazında “tam nəzarətə” sahib olduğunu bildirib. Bölgədən çox sayda gəminin keçdiyini deyən Tramp mövcud şərtlər sona çatarsa, neft qiymətlərinin kəskin şəkildə enə biləcəyini söyləyib.
Tramp həmçinin gələcəkdə İranla danışıqlar aparıla biləcəyi mesajını verib və Tehranın nüvə silahına sahib olmamalı olduğunu vurğulayıb. Lakin hazırda blokadanın davam etdiyini və danışıqların hələ başlamadığını da əlavə edib.
Digər tərəfdən, Tramp Kanada Baş naziri Mark Karni ilə əvvəlki gecə yaxşı bir görüş keçirdiklərini və iki ölkənin razılaşmaya gəldiyini açıqlayıb. Razılaşmanın yekun sənədlərlə təsdiqlənməli olduğunu qeyd edən Tramp ABŞ-ın Kanadaya qarşı hər hansı tarif tətbiq etmədiyini, amerikalı fermerlərin də artıq tariflərlə üzləşməyəcəyini bildirib.
Teqlər: