Tramp İrana 300 milyard yardım planını təkzib edib

Tramp İrana 300 milyard yardım planını təkzib edib

ABŞ Prezidenti Donald Tramp İrana 300 milyar dollar ödəniş ediləcəyi barədə iddiaları təkzib edib. Tramp sosial media hesabında paylaşdığı açıqlamada bildirib: “ABŞ-ın İrana 300 milyar dollar ödəniş etməsi gündəmdə deyil. Bu, yalan xəbərdir! ABŞ üçün vacib olan uğur, ucuzlaşan neft qiymətləri və qələbədir. Birjaya nəzər salın”.

İran və ABŞ Pakistanın vasitəçilik etdiyi danışıqlar prosesi çərçivəsində 14 iyun 2026-cı ildə 14 maddəlik mutabakata gəlib. “İslamabad Mutabakatı” adlandırılan razılaşma regionda müharibələrin dayandırılmasını, Hörmüz boğazının yenidən açılmasını və ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasının ləğvini nəzərdə tutur. Mutabakat hər iki tərəfin 60 gün ərzində nüvə proqramı və sanksiyalar kimi məsələlər üzrə yekun razılaşmaya nail olmaq üçün danışıqlara başlamasını nəzərdə tutur.

Mutabakat mətninin 6-cı maddəsində ABŞ-ın regional tərəfdaşları ilə birlikdə İranın yenidən qurulması və iqtisadi inkişafı üçün ən azı 300 milyar dollar həcmində plan hazırlamağı öhdəsinə götürdüyü qeyd olunub. Bu plana dair mexanizm və maliyyələşdirmə detallarının 60 gün ərzində dəqiqləşdiriləcəyi bildirilib. Lakin bu maddələr ictimaiyyətdə maliyyənin necə təmin olunacağı və hansı tərəflər tərəfindən qarşılanacağı ilə bağlı müzakirələrə səbəb olub.

Tramp isə açıqlamasında bu çərçivədə ABŞ tərəfindən İrana hər hansı ödəniş edilməyəcəyini vurğulayıb.

Mutabakat Livan da daxil olmaqla regiondakı münaqişələrin dayandırılmasını hədəfləyərkən, Hörmüz boğazından xam neft axını müharibədən sonrakı ən yüksək səviyyəyə çatıb. Brent nefti və WTI neftinin qiymətləri isə bu proseslər fonunda geriləyib. Nasdaq 100 indeksi gün ərzində ən yüksək həddini yeniləyərək 2,7 faiz artım qeydə alıb.