Azərbaycanda qaz kondensatı hasilatı 9.1% azalıb
Azərbaycanda 2026-cı ilin birinci yarısında ümumilikdə 2.25994 milyon ton qaz kondensatı hasil edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9.1% azalma deməkdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu həcmin 2.25307 milyon tonu əmtəəlik məhsul olub. Əmtəəlik hasilat illik müqayisədə 9.2% azalıb.
2025-ci ildə Azərbaycanda qaz kondensatı hasilatı 4.91188 milyon ton təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 7.1% azalma deməkdir. İl üzrə əmtəəlik məhsulun həcmi 4.9035 milyon ton olub və illik müqayisədə 7.12% azalıb.