SOCAR və CNOOC birgə neft-qaz layihələri üzrə anlaşdı
1 sentyabr 2026-cı il tarixində SOCAR prezidenti Rövşən Nəcəf Çin Milli Dəniz Neft Korporasiyasının (CNOOC) sədri Zhang Chuanjiangın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə dənizdə neft və qaz kəşfiyyatı, işlənməsi, hasilat, neft emalı, neft-kimya, beynəlxalq ticarət, yeni texnologiyalar və əməliyyat səmərəliliyi sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı SOCAR və CNOOC Azərbaycan və digər ölkələrdə birgə kəşfiyyat və hasilat layihələrinin həyata keçirilməsi üçün Anlaşma Memorandumu imzalayıb. Saziş həmçinin neft-qaz sektoru çərçivəsində texniki xidmətlər, avadanlıq və texnologiya təchizatı, mühəndislik, əməliyyatlar və texniki dəstək sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Teqlər: