Çin Claude Code-da ciddi təhlükəsizlik boşluğu aşkarladı

Çin Claude Code-da ciddi təhlükəsizlik boşluğu aşkarladı

Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinə bağlı kiber təhlükəsizlik platforması Anthropic-in Sİ dəstəkli kodlaşdırma aləti Claude Code-un bəzi versiyalarında ciddi təhlükəsizlik boşluğu aşkarlandığını açıqlayıb. Boşluğun istifadəçi razılığı olmadan coğrafi məkan və kimlik məlumatları kimi həssas verilərin uzaq serverlərə ötürülməsinə imkan verən izləmə mexanizmindən qaynaqlandığı bildirilib.

Təhlükəsizlik xəbərdarlığı Claude Code-un 2.1.91 ilə 2.1.196 arasındakı versiyalarını əhatə edir. İstifadəçilərə və qurumlara bu versiyaları dərhal silmək və ya boşluğun aradan qaldırıldığı yenilənmiş versiyalara keçmək tövsiyə olunub. Həmçinin xarici şəbəkəyə çıxış nəzarətinin sərtləşdirilməsi və kritik iş şəbəkələrində trafik monitorinqinin artırılması istənilib.

Daha əvvəl Çin texnologiya şirkəti Alibaba-nın Claude Code-un Çinlə əlaqəli istifadəçiləri müəyyən edən xüsusiyyətlərinə görə əməkdaşlarına bu alətdən iş mühitində istifadəni qadağan etdiyi barədə məlumat verilib. Anthropic hələlik məsələ ilə bağlı açıqlama verməyib.