Nolanın The Odyssey filmi 1 milyard dolları keçdi
Christopher Nolanın son filmi The Odyssey dünya kassa gəlirlərində 1 milyard dolları ötüb. Xüsusilə IMAX kinoteatrlarında böyük populyarlıq qazanan film anşlaqla nümayiş olunur və Nolanın ən çox gəlir gətirən filmi olmağa hazırlaşır.
Bundan əvvəl Nolanın ən çox gəlir gətirən işi 1.085 milyard dollar qazanan The Dark Knight Rises filmi idi. Hazırkı proqnozlara görə, The Odyssey təxminən 1.4 milyard dollara çata və həmin rekordu geridə qoya bilər.
The Odyssey Homerin Odyssey əsəri əsasında çəkilmiş epik macəra filmidir. İstehsal büdcəsi 250 milyon dollara yaxın olan ekran işi Nolanın ən bahalı layihələrindən biridir. Aktyor heyətində Odissey rolunda Matt Damon yer alır. Filmdə həmçinin Tom Holland, Anne Hathaway, Robert Pattinson, Lupita Nyong'o, Charlize Theron, Jon Bernthal, Elliot Page, John Leguizamo, Samantha Morton və Zendaya çəkiliblər.
Film geniş miqyası və güclü aktyor ifaları ilə yüksək qiymətləndirilib. Bu ekran işi Nolan üçün daha bir kommersiya və tənqidi uğur sayılır.